18
июля
2019
16:29
İranda güclü ZƏLZƏLƏ OLDU
İranda yeraltı təkanlar qeydə alınıb.
BiG.AZ xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,2 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar gecə saatlarında qeydə alınıb. Zəlzələnin episentri Ahvaz şəhərindən 33 kilometr məsafədə yerləşib.
İnsan təlafatı və dağıntılar barədə məlumat yoxdur.