16
мая
2019
11:26
Bu ölkədə şagirdlərin hicab geyinməsi qadağan olundu
Avstriyada orta məktəblərdə şagirdlərin hicab geyinməsi qadağan olunub.
BiG.AZ publika.az-a istinadən xəbər verir ki, qadağa parlamentin qanun layihəsini təsdiq etməsi il qüvvəyə minib.
Layihə parlamentdə ciddi mübahisələrə səbəb olub. Müxalif Sosial Demokratlar Partiyası və Yeni Avsrtiya Partiyası qanuna şiddətlə qarşı çıxıb. Lakin müəlliflər radikal sağçı Avstriya Azadlıq Partiyası və mərkəzi sağçı Avstriya Xalq Partiyasının üstünlüyü sayəsində qanun qəbul olunub.
Qanuna müxalif çıxan millət vəkilləri bu qərarın inteqrasiyaya xidmət etməyəcəyini, əksinə, ayrı-seçkiliyə yol açacağını vurğulayıblar.
Başda Avstriya İslam Camaatı olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları qanunun konsitutsiyada yer alan bərabərlik maddəsi ilə zidd olduğunu diqqətə çatdırıb və Konsitutsiya Məhkəməsinə qanunun ləğv olunması üçün etiraz edəcəklərini bildirib.
Qeyd edək ki, qanun çərçivəsində 10 yaşına qədər uşaqların baş örtməsi, dini inancları təmsil edən geyimlər geyinməsi qadağan olunub. Qadağaya qarşı çıxan ailələr 440 avroməbləğində cərimə ödəmək məcburiyyətindədir.