Uşaqlar gün ərzində nə qədər konfet yeyə bilərlər? - Rusiyalı pediatrdan tövsiyə
Maraqlı ve Meslehetli 0

Uşaqlar gün ərzində nə qədər konfet yeyə bilərlər? - Rusiyalı pediatrdan tövsiyə

Rusiyalı pediatr və baş həkim İsmayıl Osmanov uşaqların yeyə biləcəkləri konfetin məqbul miqdarı barədə açıqlama verib.

Bu barədə Oxu.Az "RİA Novosti" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, məhsulların tərkibindəki şəkərin miqdarı ilə əlaqədar olaraq həkim müəyyən edib ki, birinci sinif şagirdləri gündə 45 qramdan, daha böyük uşaqlar isə 67-dən çox konfet yeyə bilməz.

"Kifayət qədər fiziki aktivlik şərtlərində, yeniyetməlik yaşına çatmamış uşaqlar gündə 1-2 konfet, yeniyetmə uşaqlar isə 2-3 konfet yeyə bilərlər", - deyə İsmayıl Osmanov qeyd edib.




Oxşar xəbərlər

Son xəbərlər