Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
Dünya 0

Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb

"Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Gürcüstanın polis rəislərinə qarşı sanksiyalarına veto qoyub".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, Aİ daxilində Gürcüstanın bir sıra dövlət qulluqçularına qarşı sanksiyalar məsələsi müzakirə olunub.

Siyarto deyib ki, Brüsselin parlament seçkisində sülhü müdafiə edən mühafizəkar və vətənpərvər siyasi qüvvələrə səs verən gürcü xalqının iradəsini şübhə altına almağa haqqı yoxdur.





Oxşar xəbərlər

Son xəbərlər