IWMI-ın baş direktoru: "COP29 yüksək səviyyədə keçir"
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) yüksək səviyyədə keçir. Mən bir çox iqlim konfranslarında iştirak etmişəm və demək istəyirəm ki, Azərbaycan yaxşı hazırlaşıb".
Bu barədə Su Resurslarının İdarə Edilməsi Beynəlxalq İnstitutunun (IWMI) baş direktoru Mark Smit Oxu.Az-a açıqlamasında deyib.
O, aktual problemləri müzakirə etmək üçün Bakıya çox sayda insan toplaşdığını vurğulayıb.
"Su hər şeyin əsasıdır. Bir çox iqlim aspektləri məhz bu elementlə bağlıdır. COP29 çərçivəsində danışıqlar aparmağı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə işləməyi planlaşdırırıq. Bu, məhsuldar müzakirə olacaq və ümid edirəm ki, bundan yaxşı əməkdaşlıq yaranacaq", - deyə o bildirib.
Rufina Abdullayeva