Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
4-07-2024, 13:50
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil ol
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfəri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Oxu.Az-ın "Sputnik Qırğızıstan"a istinadən xəbərinə görə, bu barədə ölkənin Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.
Məlumata görə, Sadır Japarov COP29-un plenar iclasında çıxış edəcək.
Azımbakiyevin sözlərinə görə, Japarovun, həmçinin, Qırğızıstanın Azərbaycan və Monqolustanla COP29 çərçivəsində birgə təşkil etdiyi "Yüksək səviyyədə dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması" adlı tədbirdə çıxışı da planlaşdırılır.
Eyni zamanda, Qırğızıstan prezidentinin COP29 zamanı ikitərəfli görüşləri də nəzərdə tutulur.
4-07-2024, 13:50
28-09-2024, 08:37
9-11-2024, 07:47
13-11-2024, 10:17
9-11-2024, 07:46