Meltem Miraloğlu intihar etdi
Türkiyənin "Həyat davam edir" serialı ilə məşhurlaşam Meltem Miraloğlunun intihar etdiyi xəbəri yayılıb.
BiG.AZ türk mediasına istinadən xəbər verir ki, "Həyat Devam edir" serialında "uşaq gəlin" obrazı ilə yadda qalan Meltem Miraloğlu özündən 48 yaş böyük amerikalı Patriklə ailə həyatı qurub və Amerikada məskunlaşıb. Miraloğlu bir müddət əvvəl şəxsiyyət vəsiqəsinin və sənədlərinin oğurlandığını bildirərək ABŞ-da girov saxlandığını iddia edilib. Bu gün isə Miraloğlunun intihara cəhd etdiyi qeyd edilib.
Jurnalist Onur Akay sosial media hesabından paylaşım edərək, "Meltem Miraloğlu ikinci dəfə ABŞ-da intihar etdi. O, reanimasiyadadır və səhhəti hazırda o qədər də yaxşı deyil"- deyə vurğulayıb. Onun bu sözləri sosial mediada gündəm mövzusu olub.