Qadın keçmiş ərini iş yerində döydü
Ankarada Y.K adlı qadın keçmiş ərinin işlədiyi mağazaya basqın edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Çankayada kişi bərbərxanasında baş verib.
İddiaya görə, 39 yaşlı Adem Kobal, onu aldatdığı səbəbiylə boşandığı həyat yoldaşı Y.K. tərəfindən davamlı olaraq təhdid və təhqirlərə məruz qalıb.
Y.K keçmiş ərinin iş yerinə basqın edərək onu döyüb. Döyülən kişi polisə şikayət edib.
Yaşadığı hücumla bağlı danışan Kobal: "Arvadımın məni aldatdığı üçün boşandım. Daha sonra zorakılıq hadisələri yaşandığı üçün 6 ay həbs olundum. Həbsədn çıxandan bəri mütəmadi olaraq iş yerimə gəlir və məni təhdid edir. Deyir ki, ya mənimlə evlənəcəksən, bir yerdə yaşayacağıq, ya da səni yenidən həbsxanaya göndərəcəm. O, məni işdə biabır edir, alçaldır. 2 aydır ki, demək olar ki, hər gün məni narahat edir. İş yerimə basqın etdi. Məni döydü. Kişilərə qarşı zorakılıq olanda da qanunların qarşı tərəfə tətbiq olunmasını və bərabərliyin təmin olunmasını istəyirəm" ,- deyə bildirib.