Paxlavadan ilhamlanan hamilə qadının kəşfi - Dubay şokoladının resepti - Foto
Dubayın püstəli künefe şokoladı bütün dünyada trendə çevrilib. Dubay şokoladının resepti, püstə pastası və künefe içli südlü şokolad Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) butik şokolad mağazasına məxsusdur.
9 ildir Dubayda yaşayan britaniyalı misir əsilli Sarah Hamouda hamiləlik dövründə şokolada meyli olub. O, heç bir şokoladda axtardığı dadı tapa bilmədiyi üçün öz reseptini hazırlayıb və beləliklə, Dubay şokoladı yaranıb.
BAKU.WS xəbər verir ki, Hamouda CNN-ə açıqlamasında həyat yoldaşı ilə birlikdə evdə hazırladığı şokoladların indi 10 nəfərlik bir komanda ilə böyük mətbəxdə istehsal edildiyini bildirib.
Qadın bildirib ki, Dubay şokoladını düzəldərkən paxlavadan ilhamlanıb.
Hamouda həmçinin deyib ki, o, heç vaxt "bunun qlobal tendensiyaya çevriləcəyinə inanmayıb".
Evdə hazırlaya biləcəyiniz sadə Dubay şokoladı reseptini təqdim edirik.
Materiallar:
200 qram tünd şokolad
100 qram südlü şokolad
50 qram ağ şokolad
1 xörək qaşığı gül suyu
1/2 çay qaşığı zəfəran (istəyə görə)
50 qram üyüdülmüş püstə və ya badam
Bir çimdik dəniz duzu
Şokoladları əridin: Qara və südlü şokoladı benmari üsulu ilə (buxarda) əritməklə başlayın. Şokolad tamamilə əriyənə və hamar vəziyyətə çatana qədər qarışdırın.
Gül suyu və zəfəran: Ərinmiş şokoladın içinə qızılgül suyu və istəyə görə zəfəran əlavə edin. Yaxşı qarışdırın.
Qəlibin hazırlanması: Qarışığı yağlı kağız ilə örtülmüş qəlibə tökün. Ağ şokoladı da buxar üsulu ilə əridin və şokoladlı qarışığın üzərinə tökün. Çəngəl və ya bıçaqla yumşaq qarışdıraraq naxışlar yaradın.
Quruyanda bəzəyin: Şokolad hələ isti ikən üzərinə üyüdülmüş püstə və ya badam səpin. Sonda bir çimdik dəniz duzu əlavə edin.
Soyuducu: Şokoladın qəlibdə tamamilə soyuması üçün təxminən 1-2 saat soyuducuda saxlayın.
Kəsmə və servis: Şokolad bərkidikdən sonra qəlibdən çıxarın və dilimləyib süfrəyə verin.