Bitlisli bağban inanılmazı etdi: Bağında alma boyda qoz yetişdirir
Maraqlı ve Meslehetli 1

Bitlisli bağban inanılmazı etdi: Bağında alma boyda qoz yetişdirir - Foto - Video

Türkiyənin Bitlis vilayətində yerli sakin Musa Çiçekçioğlu öz sahəsində qeyri-adi nəhəng ölçülü qozlar yetişdirib.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, onların boyu böyük alma ölçüsünə çatır.

Bildirilir ki, bu, qoz məhsulu üçün əsl rekorddur.

"Bağımda belə cəmi bir ağac var. Bu unikal qozları dostlarıma və tanışlarıma suvenir kimi hədiyyə edirəm. Onlar bunları heyrətamiz təbiət fenomeninin xatirəsi kimi saxlayırlar. Onların dəyəri dad keyfiyyətlərində deyil, nadirliyində və qeyri-adiliyindədir", - deyə Musa Çiçeklioğlu bildirib.

Nəhəng qozlar artıq bütün Türkiyədən turistlərin və həvəskar bağbanların diqqətini cəlb edib.

Bitlisli bağban inanılmazı etdi: Bağında alma boyda qoz yetişdirir


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив