Fəlakətdən möcüzəli şəkildə qurtulan hindli qadının alma yeməyə davam etməsi maraqla qarşılandı
Dünya 6

Fəlakətdən möcüzəli şəkildə qurtulan hindli qadının alma yeməyə davam etməsi maraqla qarşılandı

Hindistanın şəhərlərinin birində çoxlarının ilahi müdaxilə adlandırdığı heyrətamiz hadisə baş verib. Belə ki, yerli sakin başına damdan düşən nəhəng su çəninin altından salamat çıxıb. Qadın nəinki sağ qalıb, hətta bir cızıq belə almayıb! Bəxtinin inanılmaz dərəcədə gətirməsinə rəğmən, onun alma yeməyə davam etməsi isə sosial şəbəkə istifadəçiləri arasında xüsusi maraqla qarşılanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, görüntülər həyətə quraşdırılan kamera tərəfindən qeydə alınıb və tezliklə sosial şəbəkələrdə yayılıb.

Kadrlarda qadının kiçik bir qapını bağlayıb dar küçədən keçərkən qəfildən yuxarıdan başına nəhəng silindrik çən düşməsi əks olunub. Gurultu səsini eşidən qonşular küçəyə çıxıblar və gördükləri mənzərədən donub qalıblar - qadın plastik çənin içində şaquli vəziyyətdə, sağ-salamat dayanıb. Məlum olub ki, çəni təsadüfən terrasda köhnə əşyaları sökən metal toplayıcısı salıb.

Yerli sakinlər isə qadının xilas olmasını əsl möcüzə və ilahi lütf hesab ediblər. Çünki hadisədən bir qədər əvvəl o, məbədə ianə verib qayıdıbmış.



Oxşar xəbərlər

Son xəbərlər

Pat
Pat

milyon.az

Кликните на изображение чтобы обновить код, если он неразборчив