Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib
İdman 0

Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib

Voleybol milliləri üzrə dünya reytinq cədvəlində Azərbaycan seçmə komandalarının da mövqeyi bəlli olub.

Oxu.Az xəbər verir ki, qadın voleybolçulardan ibarət millimiz 108.95 xalla dünyanın 35-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisədə 4 pillə geriləyib.

Qadın millilərin cədvəlinə İtaliya yığması başçılıq edir. Onların aktivində 437.03 xalı var. Onları Braziliya izləyir (407.09 xal). Üçlüyü ABŞ qapayır - 362.27 xal.

Kişilərdən ibarət komandamız da mövqeyini dəyişib. Seçmə komandamız 22.31 xalla 82-ci pilləyə enib. Onlar 7 rəqibini özlərindən irəli buraxıblar.

İlk üçlük dəyişməz qalıb. Polşa (401.31) liderliyini qoruduğu halda, Fransa (378.07) ikinci pilləyə yüksəlib. ABŞ (365.87) isə üçüncüdür.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив