Arazın üçrəngli "kəməri": Xudafərinin azad olunmasından dörd il keçir
Tarixdə bu gün 0

Arazın üçrəngli "kəməri": Xudafərinin azad olunmasından dörd il keçir - Video

Bu gün Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini Ermənistanın işğalından azad etməsindən dörd il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev "X" hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan bayrağının görüntüsünü paylaşıb:

Arazın üçrəngli "kəməri": Xudafərinin azad olunmasından dörd il keçir

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - deyə ölkə başçısı bildirib.

Görüntüdə Azərbaycan əsgəri Ali Baş Komandana Xudafərin körpüsünün düşməndən azad edilməsi ilə bağlı məruzə edir.



Son xəbərlər