26
июля
2018
16:59
Kafeyə dönər yemək üçün gedən 13 yaşlı oğlana təcavüz etdilər
Türkiyənin Antep şəhərində dönər yemək üçün kafeyə gedən 13 yaşlı oğlan işçilərin təcavüzünə uğrayıb.
MAY.AZ unikal.org-a istinadən xəbər verir ki, hadisəni videoya çəkən Mahmud B. və Mustafa Ç görüntüləri təcavüzə uğrayan azyaşlının dostuna göstərib. Bundan sonra hadisə ilə bağlı polisə məlumat verilib.
E.B. adlı uşaq başına gələn hadisəni polisə də danışıb. O ifadəsində qeyd edib ki, kafeyə gedib 2 dönər alıb.
Başı ağrıdığı üçün işçilərdən dərman istəyən azyaşlı oğlana 3 dərman veriblər. 13 yaşlı oğlan əlavə edib ki, kafedən çıxmaq istəyərkən Mahmud və Mustafa adlı şəxs qapını bağlayaraq onu getməyə qoymayıblar. Ona pornoqrafik video izlədəndən sonra o, özündən gedib. Özünə gələndə üzərində paltar olmadığını görən azyaşlı kafe işçilərinin narkotik maddə qəbul etdiyini görüb. Kafe işçiləri azyaşlını döyərək, boğazına bıçaq dirəyərək hadisəni kimsəyə danışmamasıüçün hədə-qorxu gəliblər.
Təcavüzə uğrayan oğlanın dostu isə polisə verdiyi ifadədə bildirib ki, Mustafa adlı şəxs telefonunu çıxararaq videonu ona göstərib. Videoda Mahmud və üzü görünməyən dostuna oxşayan şəxs olub. O, əlavə edib ki, Mahmud çılpaq olan uşağa təcavüz edirdi. Təcavüzə uğrayan oğlan isə acı çəkirdi. Təcavüz edilən şəxsin dostu olmasını isə o səsindən tanıyıb. Sonra dostuna polisə şikayət etməyi məsləhət görüb.
Məhkəmə oğlana təcavüz edən şəxslərə ümumilikdə 39 il həbs cəzası verib.