Bu gün "Mingəçevir reqatası-2024"ə start verilir
İdman 0

Bu gün "Mingəçevir reqatası-2024"ə start verilir

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq "Mingəçevir reqatası-2024"ə start veriləcək.

Oxu.Az xəbər verir ki, turnir Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Anar Həsənov


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив