Ən zərərli makaron növü
Kulinariya 0

Ən zərərli makaron növü

Yüksək keyfiyyətli makaron sağlam pəhrizin bir hissəsi ola bilər, lakin bəzi növlər var ki, onlardan tamamilə imtina etmək daha yaxşıdır. Çünki onlar minimum qidalandırıcı maddələr ehtiva edir və yalnız bədənə zərər verir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə amerikalı həkim Lusiya Qarsiya məlumat verib.

Mütəxəssis bu cür məhsullar arasında "mivina" kimi tanınan hazır əriştələri vurğulayır. Onun əsas üstünlükləri aşağı qiymət və tez hazırlanmasıdır. Bununla belə, həkimlər xəbərdarlıq edirlər: sağlamlığın qiyməti çox yüksəkdir.

Ümumdünya Əriştə Assosiasiyasının (WINA) məlumatına görə, 2020-ci ildə məhsulun 116 milyard porsiyadan çoxu istehlak edilib ki, bu da ildə adambaşına 15 porsiyaya bərabərdir.

Tez hazırlanan əriştə nədir?

Bu əriştə qızardılmış məhsuldur. Əriştə xəmiri əvvəlcə buxarda bişirilir, sonra qızardılır, sonra formaya salınaraq qablaşdırılır. Bu məhsul yüksək kalorili və yağlıdır. Daimi istehlak piylənməyə səbəb ola bilər. 100 qram hazır əriştə təxminən 480 kalori, 22 qram yağ, 6 qram duz və cəmi 10 qram protein ehtiva edir. Eyni zamanda, vitaminlər, minerallar və pəhriz lifinin miqdarı minimaldır.

Vitaminlər, minerallar və pəhriz lifi bədənin ehtiyac duyduğu əsas komponentlərdir. Bu maddələrin çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, hazır əriştə çox duza malikdir: hər porsiya üçün təxminən 6 qram. Davamlı olaraq bu qədər duzu olan qidaları qəbul etmək orqanizmə ciddi ziyan vura bilər.



Son xəbərlər