"İstintaqın gedişi zamanı bəlli olacaq ki..." - Deputat "Diqlas"dakı yanğından danışdı
Xeberler 684

"İstintaqın gedişi zamanı bəlli olacaq ki..." - Deputat "Diqlas"dakı yanğından danışdı

"İstintaqın gedişi zamanı bəlli olacaq ki..." - Deputat "Diqlas"dakı yanğından danışdı


Xəbər verdiyimiz kimi, martın 26-da səhər saatlarında "Diqlas" ticarət mərkəzində güclü yanğın başlayıb. Yanğın zamanı 1000-ə yaxın sahibkara zərər dəyib. Bu gün ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Bununla bağlı MAY.AZ-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə bildirib ki, cənab prezidentimiz hər zaman xalqının, millətinin yanındadır:

“Bayram günlərində bu hadisənin baş verməsi bizi çox üzdü. Ticarət mərkəzində çalışan insanların qazancı ora ilə bağlı idi. İnsanlar illərlə zəhmət çəkib, vəsait qoyub, özləri üçün şərait yaradıblar. O yanğının olması və mallarının yanması bizi də kədərləndirdi. Bu bayram günlərində onların bu qədər əziyyət çəkməsini istəməzdim. Cənab prezidentin bu məsələni özünün nəzarətinə götürməsi və dərhal reaksiya verməsi bir daha onun daim xalqın yanında olmasının bariz nümunəsidir. Cənab prezidentimiz bu cür məsələlərdə hər zaman xalqı dəstəkləyib".

Cavanşir Paşazadə vurğulayıb ki, cənab prezidentimiz bu məsələnin zərərçəkənlərin xeyrinə həll edilməsi üçün öz dəstəyini əsirgəməyəcək:

"Malı yanan sahibkarlar kompensasiya istəyir. Təbii ki buna onların haqqı var. Çünki əmlakları yanıb. İstintaqın gedişi zamanı bəlli olacaq ki, bu məsələnin baş verməsində günahkar kimlərdir. Əgər bu məsələdə məmurlardan asılı olan nəyisə varsa onlar da cəzalandırılmalıdır. Vətəndaşlar tələsməsinlər. Dövlət baş verən hadisədən xəbərdardır. Əminəm ki, cənab prezidentimiz bu məsələnin zərərçəkənlərin xeyrinə həll edilməsi üçün öz dəstəyini əsirgəməyəcək. Onlara kompensasiya ödəniləcək. Çünki onların heç bir günahı yoxdur. Ola bilsin ki, səlahiyyətli şəxslər üzərinə düşən işin tam öhdəsindən gələ bilməyiblər. Bayram günləri olduğu üçün bu hadisələr baş verib. Çox şükür ki, ölüm hadisəsi baş vermədi. İnanıram ki, cənab prezidentimiz bu məsələdə də vətəndaşlara öz dəstəyini əsirgəməyəcək”.

Aysel Yusifqızı

Son xəbərlər