"Google" Trampın andiçmə mərasiminə 1 milyon dollar ianə edib

"Google" Trampın andiçmə mərasiminə 1 milyon dollar ianə edib
0
---
Yayınlanma tarihi: 10-01-2025, 06:32

"Google" ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ayırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" yazıb.

"Google" 2025-ci ilin inauqurasiyasını "YouTube"da canlı yayımlamaq və ana səhifəmizdə keçid linki göstərməklə dəstəkləməkdən məmnundur. Biz andiçmə komitəsinə də ianə etmişik", - şirkətin hökumətlə əlaqələr üzrə rəhbəri Karen Bhatia bazar ertəsi verdiyi açıqlamada bildirib.

Nəşrin məlumatına görə, ABŞ texnologiya sənayesinin nümayəndələri seçilmiş prezidentlə fəal şəkildə əlaqələr qurmağa çalışırlar. Belə ki, "Google" ilə yanaşı "Meta", "Amazon", "OpenAI" və "Apple" kimi böyük şirkətlər də inaqurasiya fonduna pul köçürüblər.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!