UEFA Çempionlar Liqası: II turun ilk oyun gününün ən yaxşı futbolçuları bəlli olub
İdman 2

UEFA Çempionlar Liqası: II turun ilk oyun gününün ən yaxşı futbolçuları bəlli olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.

Oxu.Az xəbər verir ki, "Zalsburq" - "Brest" görüşünün ən yaxşısı Abdallah Sima, "Ştutqart" - "Sparta Praqa" matçının ən yaxşısı isə Enzo Miyo olub.

"Arsenal"ın PSJ-ni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada fərqlənən futbolçu Kay Haverts olub. "Bayer Leverkuzen" - "Milan" matçının ən yaxşı futbolçusu isə Florian Vitz seçilib.

Səkkiz qolun vurulduğu "Borussiya Dortmund" - "Seltik" görüşündə fərqlənən futbolçu isə Karim Adayemi olub. "Barselona"nın "Yanq Boyz"u 5:0 hesabı ilə darmadağın etdiyi matçda isə Rafinya fərqlənən oyunçu olub.

"İnter" - "Srvena Zvezda" görüşündə Mehdi Taremi, PSV - "Sportinq" oyununda isə Yerdi Sxauten qarşılaşmanın ən yaxşısı seçilib.

Gözlənildiyi kimi "Mançester Siti"nin qələbəsi ilə başa çatan matçın ən yaxşı futbolçusu isə Fil Foden olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna bu gün keçiriləcək doqquz görüşlə yekun vurulacaq.



Son xəbərlər