18
октября
2024
11:34
Tramp: "Bayden mənə kifayət qədər xoş gəlir"
ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bəyan edib ki, hazırkı ABŞ administrasiyasının başçısı Co Baydenin seçki yarışından çıxmasından sonra ona rəğbət bəsləyib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər yayır.
"Bilirsiniz, mən əvvəllər Baydeni o qədər də sevmirdim, amma indi o mənə kifayət qədər xoş gəlir", - deyə Tramp Nyu-Yorkda Al Smitin xeyriyyə şam yeməyində bildirib.
"O, prezidentliyə namizəd kimi ABŞ vitse-prezidenti Kamala Harrisdən daha yaxşı idi", - deyə Tramp əlavə edib.
Tramp əlavə edib ki, indi Harrisi görməyə gözü yoxdur. "Heç vaxt rəqabət apardığım insanları sevməmişəm", - deyə siyasətçi bildirib.