26
марта
2019
22:44
Arvadını xalası oğlu ilə yataqda tutdu, ağzından güllələdi - Azərbaycanda namus cinayəti
Ər avadını və qohumu güllələyən şəxsin məhkəməsi başlayır.
MAY.AZ olke.az-a istinadən xəbər verir ki, arvadını və qohumunu güllələməkdə şübhəli bilinən Şamaxı rayon sakini İbrahimov Əmrah İbrahim oğlunun məkhəmə prosesi aprel ayının 3-də hakim Etibar Hümbətovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Şamaxı rayonunun Pirbəhli kəndində baş verib. Kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, qohumu, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.
Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.
M.İbrahimova isə xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib.
Qanlı hadisəni törətməkdə şübhəli bilinən Əmrah İbrahimov polis şöbəsinə gələrək, könüllü təslim olub.