Diddi ilə seks qalmaqalı: Beyonse, Rihanna və Cennifer Lopesə kasetlər göndərilib
Şou-biznes 0

Diddi ilə seks qalmaqalı: Beyonse, Rihanna və Cennifer Lopesə kasetlər göndərilib

Məşhur repçi "P.Diddy"nin (əsl adı Şon Kombs) insan alveri, zorlama və seks toplantılarının təşkili ittihamları ilə həbsi neçə vaxtdır ki, şou-biznes dünyasını silkələyib. Lakin görünür ki, bu yalnız aysberqin zirvəsidir: qalmaqala bir çox məşhurlar və nüfuzlu insanlar cəlb oluna bilərlər. Belə ki, amerikalı müğənni Caquar Rayt baş verənlərlə bağlı yeni təfərrüat açıqlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RadarOnline" xəbər verib.

Mənbənin sözlərinə görə, Diddinin "Freak Off" kimi tanınan gizli toplantılarında Beyonse, Rihanna, Cennifer Lopes, həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obama və hətta Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl iştirak ediblər.

Rayt iddia edir ki, bu partilərin iştirakçılarına baş verənlərin yazıldığı kasetlərin surətləri göndərilib və bu videolarda görünənlər şokedici ola bilər.

"İnanıram ki, Barak Obamada belə bir kaset var. Bilirəm ki, Cennifer Lopesdə bir neçə kaset var. Bilirəm ki, Beyonsedə belə bir kaset var", - deyə Rayt vurğulayıb.

Bu arada, həbsxanada xüsusi nəzarət altında olan Diddi aclığa başlayıb, o, zəhərlənmə qorxusu ilə yeməkdən imtina edir.

Hüquq müdafiəçisi Larri Levinin fikrincə, sözügedən cinayətlərə aidiyyəti olan insanlar musiqiçini aradan götürməyə cəhd edə bilərlər.

İttihamların ağırlığına baxmayaraq, Diddi günahını etiraf etmir və hüquqşünaslar komandasına inanır.

Onun işi üzrə məhkəmə oktyabrın əvvəlinə təyin edilib.

Xatırladaq ki, 17 sentyabr tarixində Nyu-York məhkəməsi "P.Diddy"ni həbs edib. Hüquq-mühafizə orqanları musiqiçinin qaldığı hotelə basqın edərək onu saxlayıblar. Repçi Manhettendəki FTB bölməsinə aparılıb.

Musiqiçi üçün həbsi gözlənilməz olub. Belə ki, bundan bir neçə saat əvvəl o, oğlu ilə şəhərdə gəzib və pərəstişkarları ilə selfi çəkdirib.

Avqust ayında "Puff Daddy" 1997-ci ildə keçirilən bir toplantıda musiqiçinin onu narkotik maddələrlə doldurduğunu və zorladığını iddia edən məhkuma 100 milyon dollar ödəməyə məcbur edilib. Bundan əvvəl musiqiçinin keçmiş sevgilisi müğənni Kessi Ventura onu döyməkdə və qadağan olunmuş maddələrə aludə etməkdə ittiham etmişdi.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив