Sumqayıtda restoranda baş verən yanğın söndürülüb
Hadisə 0

Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - Yenilənib

"Sumqayıt şəhərində, 17-ci mikrorayonunda yerləşən "Baharlı" restoranında qeydə alınan yanğın söndürülüb".

Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

"Nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilir.

Sumqayıt şəhərində restoranda yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən "Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив