Danla Biliçin Bakıdakı izdihamı "zoopark" adlandırmasını tənqid etdi
Ötən günlərdə Bakıya gələn türkiyəli bloger Danla Biliçin tədbirdə onunla şəkil çəkdirmək istəyənləri "zooparkdakılar" deyə adlandırdığı iddia olunub.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edib. O, Danlanı nəzərdə tutaraq bu sözləri deyib:
"Yalandan 6 milyon izləyicisi var. Videolarının 1 milyon izləməsi olur, cəmi 150 şərh gəlir. O, da bizim bəzi influenser xanımlarımız kimi yalandan özlərinə izləyici artırırlar. Onun Bakıda hansısa görüşü olub, bizimkilər də görməmişlik ediblər. Bu influenser də həmin izdihamı "zoopark"a bənzədib. Düz deyir, o, böyük adam deyil. Gəlib, bizim də görməmiş blogerlərimiz cumub üstünə ki, onunla şəkil çəkdirsinlər. Guya o da paylaşaq, bizimkilər də düşəcək onun 6 milyonluq izlənməsinə. Buna görə də o, Azərbaycan xanımlarını bu gözlə görüb. Amma bizim dəyərli xanımlarımız və blogerlərimiz var. Hansı ki, özlərinə və izləyicilərinə hörmət edirlər. Görməmişlik etmək lazım deyil".
Tolik təşkilatçıların Danlanın bu hərəkətinə müdaxilə etməməsini pisləyib:
"Ölkəmizə qardaş ölkədən gələn, feyk izləyicilər, feyk şərhlər və bəyənmələrlə dolu olan Danla adlı influenser izdihamı görüb. Bəzi qızlarımızın, sonradan görənlərin canında olduğuna görə düşünüb ki, bütün Azərbaycan xanımları belədir. Amma bu doğru deyil, ora gələn xanımlar belədir. Danlaya bildirmək istəyirəm ki, o tədbirə gələnlər görməmiş deyil, görməmiş olanlar orada idi. Bütün Azərbaycan xanımları elə deyil. Məsələn, səni küçədə görsək, bəlkə də heç salam vermərik. Bildiyiniz kimi, Türkiyədə instaqram dünəndən qadağan edilib. İnşallah, bir gün Azərbaycanda da bu baş verər və bu görməmiş influenserlər, ərəb feyk profillərlə özlərinə şərhlər yazanlar anlayarlar ki, bunlar influenser deyillər. Küçəyə çıxanda çox adamın tanımadığı bu xanımı gətirən təşkilatçı da bu vəziyyətə dərhal etirazını bildirməliydi. Təəssüf ki, bu baş vermədi. Ona görə də hər kəsin yerindən durub Azərbaycana gəlməsinə və xalqımızı aşağılamağa icazə vermək doğru deyil".