Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 28-i saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 4 mm, Astara, Şabranda 3 mm, Daşkəsən, Zaqatalada (Əlibəy) 2 mm, Göygöl, Gədəbəy, Qax (Sarıbaş), Şəki (Kişçay), Şamaxı, Lerikdə 1 mm-dək olub. Şərq küləyi arabir Culfada 18 m/s-yə çatıb. Daşkəsən, Göygöl, Şəmkir, Qax (Sarıbaş), Şəki (Kişçay), Beyləqan, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.