Azərbaycanın su ehtiyatlarının həcmi açıqlandı
Xeberler 782

Azərbaycanın su ehtiyatlarının həcmi açıqlandı

Azərbaycanın su ehtiyatlarının həcmi açıqlandı


Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları, eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olmaqla 30,0 km3 təşkil edir. Bunun da yalnız üçdə biri yerli sularımızdır.

Bu barədə BiG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur.

“Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Azərbaycanın su ehtiyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12,0 km3-dən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsulları əsasən suvarılan sahələrdə yetişdiyindən götürülən suyun üçdə ikisi suvarmada istifadə olunur”, - nazirliyin məlumatında qeyd olunub.

Son xəbərlər