Bədii qiraət ustası Əminə Yusifqızının doğum günüdür
Tarixdə bu gün 2

Bədii qiraət ustası Əminə Yusifqızının doğum günüdür

Bu gün Azərbaycan mədəniyyətinin sevilən simalarından biri, bədii qiraət ustası, istedadlı aktrisa, Xalq artisti Əminə Yusifqızının ad günüdür.

Oxu.Az xatırladır ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açıb.

Hələ məktəb illərindən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayan Əminə Yusifqızı istedadı və zəhməti sayəsində qısa zamanda böyük uğurlar qazanıb. O, burada müxtəlif obrazları ustalıqla canlandıraraq tamaşaçıların rəğbətini qazanıb.

1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışan sənətkar 100-dən çox tamaşada yaddaqalan rollar ifa edib. Onun Şekspir, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər dünya və Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar bu gün də teatr tarixinin qızıl səhifələrində öz əksini tapır.

1974-cü ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib. Onun səsləndirdiyi personajlar kinomuzun ən sevilən surətləri sırasındadır.

O, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.

Bədii qiraət ustası Əminə Yusifqızının doğum günüdürƏminə Yusifqızı həm də professional bədii qiraət ustası kimi böyük şöhrət qazanıb. O, şeir və musiqi gecələrinin, müxtəlif tədbirlərin əvəzsiz iştirakçısı olub. Onun ifasında səslənən şeirlər bu gün də dillərdə əzbərdir.


Görkəmli sənətkar bir sıra dövlət mükafatlarına, fəxri adlara layiq görülüb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.




Son xəbərlər