21
июля
2016
01:41
Fransada fövqəladə vəziyyət rejimi uzadıldı
Fransa parlamentinin yuxarı palatası olan Senat ölkə ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılması qərarını dəstəkləyib.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, ötən gün Fransa parlamentinin aşağı palatası fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasını təklif edib.
Parisdə noyabrın 13-də törədilən terror aktına görə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti iyulun 26-da bitir.