19
сентября
2024
08:59
Qat-qat xəmirli pendirli çubuqlar - Necə hazırlanır?
Milli.Az lent.az-a istinadən pendirli çubuqların tərkibini təqdim edir:
500 qr qat-qat xəmir
200-300 qr holland pendiri
1 ədəd yumurta
qırmızı bibər tozu
Hazırlanması:
Qat-qat xəmir yayılır üzərinə çalınmış yumurta çəkilib süzgəcin xırda gözündən keçirilmiş holland pendiri və qırmızı bibər tozu səpilir.
İkinçi qati yayib üzərinə sərib ehmalca azca yayırıq.
Üzərinə yumurta çəkib nazik lentlər kəsirik.
Üzərinə pendir, qırmızı bibər səpib bururuq. Yağlı kağız sərilmiş listə yığırıq.
Qızılı rəng alana qədər 180 dərəcədə isidilmiş sobada bişiririk.
Nuş olsun!