Четверг
янв 07

Maykl Ceksonun daha bir arvadı peyda olub

Milli.az Starslife.ru saytına istinadən xəbər verir ki, bu günlərdə mərhum ulduzun daha bir həyat yoldaşı peyda olub. Şelli Dorin Smit adlı xanım Ceksonun qanuni həyat yoldaşı olduğunu bildirir. Artıq o, müğənninin mirasından pay əldə etmək məqsədi ilə məhkəməyə müvafiq sənədlər təqdim edib.
Dorin Smitin iddiasına görə, o, Ceksonla təxminən 30 il əvvəl Nyu-Yorkda nikaha girib və bu faktı "nikahın bağlandığı" mehmanxananın əməkdaşları da təsdiqləyə bilər. Lakin o, söhbətin konkret hansı mehmanxanadan getdiyini açıqlamayıb.

Комментарии (0)

Оставить комментарий