18
февраля
2024
10:34
G7: "İran heç vaxt nüvə silahı istehsal etməməlidir"
Yeddilik Qrupu (G7, Böyük Yeddilik) ölkələri İranın heç vaxt nüvə silahı istehsal etməməli olduğunu vurğulayıb.
Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində G7-nin xarici işlər orqanları rəhbərlərinin iclasının sədri kimi bəyanat verib.
"Böyük Yeddilik üzvləri İranın heç vaxt nüvə silahı istehsal etməməsi ilə bağlı qəti qərarlarını bir daha təsdiqləyirlər. Onlar İranın nüvə istehsalını artırmasından dərin narahatlığını ifadə edirlər ki, bunun da heç bir etibarlı əsası yoxdur və Tehranı faktiki olaraq silahla bağlı fəaliyyətlərə yaxınlaşdırır", - Tayani qeyd edib.
Nazir həmçinin diplomatik yanaşmanın beynəlxalq problemlərin həllində ən yaxşı yol olaraq qaldığını vurğulayıb.(oxu.az)