DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi
Xeberler 14

DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi - Anons

"Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) hərəkət iştirakçılarına müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.

Bildirilib ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə, ümumiyyətlə, yola çıxmamaları xahiş olunur.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив