Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?
Xeberler 18

Suraxanı rayonu ərazisində baş verən güclü yanğın səbəbindən səmada qatı qara tüstü dumanı müşahidə olunmaqdadır.

Bu cür qatı tüstü dumanının uçuşlara hər hansı təsiri ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Suraxanıdakı yanğın AZAL-ın uçuşlarına təsir göstərməyib:

"Bütün reyslər cədvələ uyğun həyata keçirilir".

Əzizə İsmayılova

Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив