30
августа
2024
08:44
KİV: İran dörd atom bombası yaratmaq üçün uran ehtiyatlarını artıra bilər
İran öz uran ehtiyatlarını artırmağa davam edir və bu, nəzəri cəhətdən nüvə silahı yaratmaq üçün kifayət edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rüblük hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, bu ehtiyatlarla dörd atom bombası istehsal etmək mümkündür.
Təşkilat həmçinin qeyd edib ki, İran bəzi ərazilərdə uran izlərinin mənşəyini heç vaxt izah etməyib.
Daha əvvəl BAEA-nın rəhbəri Rafael Qrossi Tehranın agentlikdən bir neçə müfəttişi geri çağırmaq qərarından təəssüfləndiyini bildirib. Qrossi İrana səfər etmək və ölkə hakimiyyəti ilə dialoq qurmaq niyyətində olduğunu qeyd edib.