Yalana aid Atalar Sözləri
Yalan ayaq tutar, yeriməz.
Qorxu adama yalan dedirdər.
Yalançının üzü qara olar.
Kim ki, çox and içir, çox da yalan deyir.
Acgöz, yalançı toruna düşər.
Dil yalançı olunca, lal olsa yaxşıdır. .
Yalanın ayaqları gödək olar.
Yalan söz üz qızardar.
Yalançı kimdir? – Eşitdiyini söyləyən.
Yalançını mənzilənədək qov!
Yalançının evinə od düşdü, heç kəs ona inanmadı.
Yalan danışan hamını qanmaz bilər.
Yalan bütün pisliklərin müəllifidir.
Faydalı yalan nifaq salan həqiqətdən yaxşıdır.
Çox danışanın yalanı olar.
Yalan danışmaq bütün xətaların əsasıdır.
Yalan adamı bir dəfə qurtarırsa, doğru iki dəfə qurtarır.
Şirin yalandansa acı həqiqət yaxşıdır.
Yaxşı bir məqsədi olan yalan, nifrət oyadan həqiqətdən daha yaxşıdır.
Yalan deyibsənsə, yadında saxla.
Yaş artdıqca dünyanın yalanı daha yaxşı bilinir.
Oğurluğu bacaran, yalanı da bacarar.
Yalan danışmaq damdan tullanmaq kimidir.
Yalançı adamın dostluğuna dözən özü də yalançıdır.