Mənalı Sözlər (Status üçün)
Muxtelif 5

Mənalı Sözlər (Status üçün)

Məğlubiyyətə uğrayanda ümidsizliyə qapılma.Çünki hər uğursuzluqda bir qələbə arzusu yatır.

Dünya nə danışdığınızla deyil, nəyi həyata keçirdiyinizlə maraqlanır.

Hər kəs kimi normal olmağa məcbur deyilsən.Hərəkətə başla və xəyallarını gerçəkləşdir.

Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.

Hər güclü insanın ardında ona başqa çarə buraxmayan bir hekayə vardır.

İki nöqtə arasındakı ən qısa məsafə niyyətdir.

İstədiyini əldə edə bilmirsənsə, əldə etdiyini istəyəcəksən.

Bir dost sənin haqqında hər şeyi bilən və səni hələ də sevən biridir.

Ən böyük uğur heç yıxılmamaq deyil. Hər dəfə yerə düşdükdə ayağa qalxıb yoluna davam edə bilməkdir…

Kədəri dadmadan həmişə xoşbəxt olmaq istəyərsən.. Ancaq, nələrin səni xoşbəxt etmədiyini bilmədən, nələrlə xoşbəxt olacağını da bilmərsən.

 Bu balaca dünyada böyük xəyalları olanlara dəli deyirlər..

Xəyal gücü olmayan insanın qanadları yoxdur. Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm.

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.




İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.

Bahaneyi bir kenara bırakmalı insanlar. Çünkü mesafeler dokunmaya engeldir; sevmeye değil.

Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir.

Birini çox sevdiyinizdə söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz..

Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz..

Həmişə etibarsızlıq göstərmək, Həmişə güvənmək qədər böyük bir səhvdir.

Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər.

Bu dünyada elələri var ki, şərəf testindən keçsələr nəticələri neqativ çıxar!

Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.

Yenidən başlamaqdan qormxa. Bu dəfə sıfırdan deyil, təcrübələrindən başlayırsan.



Dünyada dildən-dilə gəzən çoxlu yalanlar var. Ən pisi də odur ki, onların yarısı doğrudur.

Dürüstlük sizə çoxlu dost qazandırmaz, amma həmişə yaxşı dostlar qazandırar.

 Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.

Xarakter ağaca bənzəyir, reputasiya isə — onun kölgəsidir. Biz ağac bildiyimiz əslində kölgəsidir.

Bir insanı tanımaq üçün nəyi gülünc saydığından daha yaxşı bir göstərici ola bilməz.

Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur.

Birisi sizə xoş gəlmək üçün başqasının sirlərini açırsa, həmin adama etibar etməyin.

Silmək o qədər asandırsa deməli yazılan elə də böyük bir şey deyildir.

Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!

İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: ” Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?”

Hamı ağılla anlamağa çalışır. Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

Axmaq insan nə bağışlayar, nə dəki unudar. Saf insan bağışlayar və unudar. Müdrik insan isə bağışlayar ancaq unutmaz.

Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq.

Aldanma insanların səmimiyyətinə, mənfəətləri üçün gəlirlər vəcdə, Vəd etməsəydi Allah cənnəti, Ona belə etməzlərdi səcdə.

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.

İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər.




Oxşar xəbərlər

Son xəbərlər