Nə vaxt ağlayar bir kişi ?
Muxtelif 840

Nə vaxt ağlayar bir kişi ?

Nə vaxt ağlayar bir kişi ?


.Nə vaxt ağlayar bir kişi ?yanlış seçim etdiyini anlayanda yoxsa qarşılıqsız sevəndə? xəyanətə uğrayanda yoxsa sevdiyinin başqa birini sevdiyini anlayanda? filmə baxarkən yoxsa bir mahnı eşidərkən? bəlkə hardasa təsadüfən çəkilən adda unutduğunu zənn etdiyi hər şeyin əslində heç vaxt sağalmayacaq olan bir yara olduğunu dərk edəndə? istədiyi zaman əlini tuta bilməyəndə yoxsa ondan çox uzaqda olanda ? yox..bunlar çox "qadınca" səbəblərdir.. daha böyük səbəb lazım idi kirpiklərdə intihar edən göz yaşlarına..məsələn,həsrətiylə dostlaşdığın birinin ətrinin, başqa birinin üstünə hopduğunu hiss etmək kimi.. tanıdıq baxışlar vardır,məsələn..sadəcə sənin tanıdığın bir baxış..gözlərinin içinə baxarkən qarşındakinin gözlərində gördüyün o baxış..həmin baxışı artıq başqasında görmək ki var..hə,bax,bu ağlamaq üçün yaxşı səbəbdir..sırf sənin qorxaqlığına görə başqa biri ilə evlilik həyatı yaşayırsa bir qadın..və sən uzaqdan onun xoşbəxt olmadığını görürsənsə..hə,peşmanlığının səni necə çökürtdüyünə baxıb ağlaya bilərsən..amma bunun daha çox ağırı var..onun həmin evlilikdə çox xoşbəxt olduğunu görmək..ki,bu..göz yaşının belə təsəllidə aciz qaldığı bir an olacaq..


..bəzi qızlar səndə onları özünə tabe etmək istəyi yaranmadan artıq sənə tabe olur,səndən asılı vəziyyətə düşürlər..bəziləri isə əsla təslim olmur..Leninqratda təslim olmayan mübariz insanlara həsr olunmuş abidə var..bəzi qadınlar kişilərdə elə təsürat yaradır ki,kişi əmin olur,o abidə sırf bu qadın üçün qurulub..və kişi baxmayaraq ki,hər gün o qadının pəncərəsi önündə gözləməkdən başqa heçnə edə bilməyib,amma həmin qadına çatdığı zaman onda elə bir hiss yaranır ki,sanki böyük bir müharibədə öz gücü və cəsarəti sayəsində qalib gəlib..kişilərin ən böyük xəyalı məhz belə qadınlardır..ancaq bu arzu ancaq güclülərə qismət olur..

..niyə unutmağa çalışırsınız keçmişi? o keçmişdəki axmağa yenidən dönmək üçün yoxsa indiki ağıllanmış şəxsiyyətinizi istəmədiyiniz üçün? niyə nifrət edirsiniz bu qədər, etdiyiniz səhvlərə? sizi bir az daha böyütdüyü üçün yoxsa gələcəkdə daha düzgün qərarlar verməyinizə kömək edəcəyi üçün? niyə silmək istəyirsiniz bütün xatirələri? mükəmməl biri olmaq üçün,yoxsa əlində heçnəyi olmayan,robotlaşmış bədən üçün? niyə bu qədər kölə olursunuz qürura,ya da ,nə bilim,adını hər nə zibil qoymusunuzsa o hissə? hamıdan fərqli olmaq üçün yoxsa illər sonra yola tamam tək və hər kəs tərəfindən unudulmuş biri kimi davam etmək üçün? səhv etməkdən qorxmayın,dostlar..qorxmayın..amma nəticə çıxarmağı da unutmayın..vərdiş halına gətirməyin axmaqlığı,amma arada dəlilik etməkdən də çəkinməyin..kimsə sizi qınayır? dərhal bu sözü xatırlayın: hətta mələk olsaydınız belə qanadlarınız xışıldayır deyib sizi barmaqla göstərəcəkdilər.

Son xəbərlər