09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Ruben Vardanyanın xüsusi Naxçıvan marağı: Xankəndidəki iş otağından "atlas" tapılıb

Ruben Vardanyanın xüsusi Naxçıvan marağı: Xankəndidəki iş otağından "atlas" tapılıb

"Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış "Naxçıvan atlası" bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik".

Bu barədə "Report"a "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.

O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:

"Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolomeyin II əsrdə yazdığı "Coğrafiya" əsəri əsasında tərtib olunub və orada "Böyük Ermənistan"dakı yer adları erməni toponimləri ilə verilib. Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolomeyin "Coğrafiya" əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1 000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub".

Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:

"Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır. Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница