Elektromobillər üçün maraqlı xidmət şəbəkəsi - VİDEO
Çinin elektromobil satışında liderlik etməsini bütün ölkələr etiraf edir. Bəs bunun yeganə səbəbi münasib qiymətdirmi?
Avtosfer.az xəbər verir ki, qiymət başlıca rol oynasada da, yeganə səbəb deyil. Asiyanın ən güclü iqtisadiyyatına malik ölkədə elektromobilə marağın daha vacib səbəbi servisin əlçatanlığıdır.
Çində elektromobil doldurma məntəqələri ilə yanaşı batareyadəyişmə məntəqələri də kifayət qədər çoxdur. Bu məntəqələrdə sutkanın istənilən saatında ehtiyat batareya tapmaq mümkündür.
Tamamilə avtomatlaşdırılmış batareyadəyişmə prosesi 2 dəqiqə 30 saniyə çəkir. Yəni, benzin doldurmaqdan daha sürətli.
Nəhayət, üçüncü məsələ: çinli elektromobil sahiblərinin 77%-nin evinə və ya iş yerinə 3 km məsafədə doldurma və ya batareyadəyişmə məntəqələri mövcuddur. Dünyanın hansısa ölkəsində bu cür sıx yanacaqdoldurma məntəqəsi yoxdur. Bu səbəbdən Çinin taksi şirkətləri də kütləvi şəkildə elektromobilə keçir.
Vüqar