Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Avqustun 12-də saat 09:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Düşən yağıntının miqdarı: Qrız, Gədəbəydə 10 mm, Oğuz, Balakəndə 7 mm, Qax, Şahdağ, Qusarda 6 mm, Daşkəsən, Sədərəkdə 4 mm, Xaltan, Göygöldə 3 mm, Şəki, Quba, Şərurda 2 mm, Naftalan, Qəbələ, Zaqatala, Şabran, Tərtər, Yevlaxda bir mm-dək olub.
Şimal-qərb küləyinin sürəti arabir sarı xəbərdarlığa uyğun olaraq, Culfada 21 m/san, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.
"Neft daşları" stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Daşkəsən, Lerik, Balakən, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-də 37, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti olub.