2024-cü il Olimpiadası təhlükə altındadır: Fransa hakimiyyəti virusun yayılmasından narahatdır
Fransa hakimiyyəti Parisdə Olimpiya Oyunları zamanı denqe virusuna yoluxma hallarının artmasının qarşısını almağa çalışır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Fransada yanvarın 1-dən aprelin 30-dək səhiyyə orqanları 2166 denqe virusuna yoluxma hadisəsi qeydə alıb. Fransa hakimiyyəti Olimpiya və Paralimpiya oyunları zamanı 15 milyondan çox qonağı qarşılamağa hazırlaşır.
Parisdə artıq denqe qızdırması və qızılca problemi ilə əlaqədar olaraq, səlahiyyətlilər oyunların virusyayma hadisəsinə çevrilməsi potensialını necə məhdudlaşdırmağı planlaşdırırlar.
Qeyd edək ki, denqe virusu flaviviruslardan biridir ki, ona Zika qızdırması, gənə ensefaliti, hemorragik qızdırma və digər təhlükəli xəstəliklərin törədicisi də daxildir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 400 milyona qədər insan denqe qızdırmasına yoluxur və bu virus xəstəliyinin müalicəsi və ya peyvəndi hələ də yoxdur.