Qış üçün ləzzətli xiyar turşusunu belə hazırlayın - Bolqar üsulu
Kulinariya 0

Qış üçün ləzzətli xiyar turşusunu belə hazırlayın - Bolqar üsulu

Evdar qadınların bir çoxu qış üçün xiyar turşusu hazırlayır. Proses hər nə qədər eyni olsa da, onun hazırlanmasında müxtəliflik qatanlar da var. 

Milli.Az lent.az-a istinadən bu dəfə sizə xiyar turşusunun bolqar üslubunda hazırlanmasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Xiyar - 2 kq;

Su - 1,5 l;

Cəfəri və şüyüd - 4-5 budaq;

Bibər noxudları - 2-3 ədəd;

Mixək - 2-4 ədəd;

Dəfnə yarpağı - 2 ədəd;

Şəkər - 4 yemək qaşığı;

Duz - 2 yemək qaşığı;

Sirkə (70%) - 2 yemək qaşığı. 

1. Təmiz və steril bankanın dibinə dəfnə yarpağı, cəfəri, şüyüd və mixək qoyun.

2. Xiyarları yuyun, uclarını çıxarın və şaquli olaraq bankaya qoyun.

3. Tavaya su tökün, duz, şəkər və istiot əlavə edin, qaynadək gətirin və sirkəni tökün.

4. Bankanı xiyarla ağzına qədər isti şoraba ilə doldurun, qapaq ilə örtün və bankanı su qabına qoyun.

20 dəqiqə orta istilikdə qaynadın, sonra bankaları yuvarlayın, çevirin və otaq temperaturunda soyumağa buraxın, sonra saxlama üçün kənara qoyun. Nuş olsun!



Son xəbərlər