Kosmik hava durumu: geomaqnit qasırğası ehtimalı var
Hava 10

Kosmik hava durumu: geomaqnit qasırğası ehtimalı var

Geomaqnit sahəsinin 21 iyulda baş vermiş plazma atılması iyulun 24-də Yerə çatarsa, G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Oxu.Az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Məlumata görə, Günəş küləyinin iyulun 24-dək nominal qiymətlərdə olacağı, sonra isə iyulun 24-də baş vermiş plazma atılmasının təsiri ilə sürətinin artması ehtimalı var.

Qeyd edilib ki, hesabat dövrü ərzində Günəş fəallığı nisbətən artaraq həftə boyunca M sinif alışmalar qeydə alınıb.
Maksimal sinifli alışma 3738 regionunda qeydə alınan X1.9 sinifli alışma olub. Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik tac kütlə atılması (TAC) qeydə alınıb.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib. Hazırda Kp indeksi 1.5-ə bərabərdir və kosmik hava sakitdir.



Son xəbərlər