23
июля
2024
08:03
İsrail əsgərləri 10 fələstinlini əsir götürüb.
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 10 fələstinlini əsir götürüb.
BiG.AZ xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətdən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə hücumlarını davam etdirdiyi qeyd edilib.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumlarda artım müşahidə olunur.