Rusiyalı məşhur teleaparıcının Nyu-Yorkda dəbdəbəli malikanəsi tapıldı

Rusiyalı məşhur teleaparıcının Nyu-Yorkda dəbdəbəli malikanəsi tapıldı
Dünya 6

Məşhur rusiyalı teleaparıcı Yelena Malışevanın Nyu-York ətrafında dəbdəbəli malikanəsi olduğu aşkarlanıb.

Bu barədə Oxu.Az "Sarqrad" nəşrinə istinadən bildirir.

Nəşrin məlumatına görə, Malışeva obyekti 2016-cı ildə 6,5 milyon dollara alıb. Malikanə müstəmləkə üslubunda tikilmiş evlərə bənzəyir.

İnteryer çoxlu sayda qızıl örtüklü detallar, kristal elementlər, mərmər və s. ilə seçilir. İnternetdə yayılan fotolara əsasən, ev iki mərtəbədən ibarətdir ki, bura yemək otağı, kaminli qonaq otağı və geniş mətbəx daxildir.

Digər maraqlı detal isə başlarının üstündə çıraq tutan qaradərili oğlanların heykəlləridir.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив