BMT-nin Baş katibi İsrailin Yəmənə hava hücumundan narahatlığını ifadə edib
Dünya 9

BMT-nin Baş katibi İsrailin Yəmənə hava hücumundan narahatlığını ifadə edib

BMT-nin Baş katibi Antonio Quterreş İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda şəhərinə endirdiyi zərbədən son dərəcə narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin yaydığı məlumatda deyilir.

"Baş katib Yəmənin Hudeyda limanını və onun ətraf ərazilərini hədəf alan hava hücumları ilə bağlı xəbərlərdən son dərəcə narahatdır. İlkin məlumata görə, hücum zamanı bir neçə insan ölüb, 80-dən çox insan yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Baş katib iştirak edən bütün tərəfləri mülki şəxslərə zərər verə biləcək və ya mülki infrastruktura ziyan vura biləcək hücumlardan çəkinməyə çağırır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.



Oxşar xəbərlər

Son xəbərlər