19
июля
2024
07:43
Türkiyədə satıcı iki stəkan nar suyunu 61 AZN-ə satdı - CƏRİMƏLƏNDİ - VİDEO
Türkiyənin Antalya şəhərində dondurma satan şəxs cərimələnib və ona satışa icazə verilməyib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyaaltı Sahili Beach parkda dondurma, meyvə suyu satan satıcı iki stəkan nar suyunu turistlərə 1200 lirəyə (təxminən 61 AZN) satıb.
Daha sonra turistlər bu barədə polisə şikayət ediblər.
Polis satış ərazisinə gələrək satıcıdan pulu alıb və turistlərə qaytarıb.
Mütəxəsssilər belə hallların Türkiyə turizminə mənfi təsir etdiyini bildirib.