"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli olur

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli olur
İdman 3

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

Oxu.Az xəbər verir ki, "Qarabağ"ın potenisal rəqibləri olan Cəbəllütariqin "Linkoln" komandası Malta "Hamrun"u ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü fransalı hakimlər briqadası idarə edəcək, baş hakim Erik Utallierdir.

İlk oyunda "Linkoln" səfərdə "Hamrun"a minimal hesabla qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив