Kardioloqlar və endokrinoloqlar qəhvənin faydaları haqqında: İsti, yoxsa soyuq?
Maraqlı ve Meslehetli 35

Kardioloqlar və endokrinoloqlar qəhvənin faydaları haqqında: İsti, yoxsa soyuq?

İsti qəhvənin tərkibində soyuğa nisbətən daha çox antioksidant - orqanizmdə iltihabı azaldan xüsusi molekullar var.

Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə tanınmış amerikalı kardioloq Macid Basit və endokrinoloq Eva Kvinar danışıb.

M.Basitin sözlərinə görə, antioksidantlar - sərbəst radikalları aradan aparan təbii birləşmələrdir. Sərbəst radikallar toplanması hüceyrələrə zərər verir və ürək xəstəlikləri, Altsheymer xəstəliyi, böyrək çatışmazlığı və xərçəng kimi təhlükəli sağlamlıq problemlərinə səbəb olur. İsti qəhvə də bu sərbəst radikalları effektiv şəkildə aradan qaldırır.

Kardioloq içkinin soyuq variantında antioksidantların daha az olduğunu vurğulayıb.



Son xəbərlər