İsraildə kazarma yaxınlığında atışma olub, 4 nəfər yaralanıb

İsraildə kazarma yaxınlığında atışma olub, 4 nəfər yaralanıb
Dünya 4

Təl-Əvivin cənub-şərqində avtomobilin bir qrup insana hücumu və atışma nəticəsində azı 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" bildirib.

Məlumata əsasən, iki nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır. Yaralananlar arasında uşaq da var.

Hadisə İsrail Müdafiə Qüvvələrinin kazarmalarından birinin yaxınlığında baş verib. Hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив